ÜST: “Biz epidemiyanın sonuna yaxınlaşırıq”
Mьəllif: admin1
Tarix: 7-12-2020, 13:32
Bцlmə: Xəbərlər
ÜST: “Biz epidemiyanın sonuna yaxınlaşırıq”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru koronavirus peyvəndi yoxlamasının müsbət nəticələrini əsas gətirərək, epidemiyanın sonuna yaxınlaşdığını deyib.

Tedros Adhan Gebreyesus koronavirus peyvəndi təcrübələrinin müsbət nəticələri insanların artıq epidemiyaya son qoymaq barədə düşünə biləcəyini, eyni zamanda zəngin ölkələrin yoxsul və asılı ölkələri istismar etməkdən çəkinmələrini qeyd edib.

"Deyerler.org"un parstoday-a istinadən verdiyi xəbərə görə, ÜST rəhbəri son həftələrdə peyvənd təcrübələrinin müsbət nəticələrinə ümid olduğunu bildirib.

Tedros Adhan heç bir ölkənin digər ölkələrdən geri qalmaması üçün dünyanı ictimai mənfəətin ədalətli paylanmasına çağırıb.

ÜST rəhbəri ölkənin adını çəkmədən, bəzilərinin qlobal sağlamlıq böhranına eyni şəkildə cavab vermədiyini, bəzilərinin isə, eyni dərəcədə zərər çəkmədiyini söyləyib.

"Koronavirusun yayılmasının qarşısını alan ölkələrin uğurları bu ölkənin coğrafiyası ilə əlaqəli deyil. Bu ölkələr virusu elm, həmrəylik və fədakarlıq ilə cilovlaya bildiklərini sübut etdilər", - deyə Tedros Adhan infeksiyanın sui-qəsd nəzəriyyəsinin təsiri altında olan yerlərdə yayıla biləcəyini söylədi.

ÜST rəhbəri peyvəndlərə investisiya qoyulmasına, növbəti epidemiyanın qarşısını almaq üçün lazımi hazırlıq tədbirlərinin görülməsinə çağırış edib.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031