Şəhid alimə qarşı sui-qəsdin təfərrüatları açıqlanıb
Mьəllif: admin1
Tarix: 7-12-2020, 21:04
Bцlmə: Xəbərlər
Şəhid alimə qarşı sui-qəsdin təfərrüatları açıqlanıb
İranın İnqilab Keşikçilərinin Dəniz Qüvvələrinin komandiri kontradmiral Əli Fədəvi, terror edilmiş nüvə fizikası alimi Möhsün Fəxrizadəyə sui-qəsd hadisəsi vaxtı 11 cangüdəni olmasına baxmayaraq belinə dəyən güllələrin onurğasını parçalaması nəticəsində öldüyünü bildirib.

Deyerler.org İSNA-ya istinadən xəbər verir ki, Tehran Universitetindəki bir mərasimdə danışan kontradmiral Fədəvi, şəhid Fəxrizadənin qətli ilə bağlı yeni təfərrüatları açıqlayıb.

Sui-qəsdin yol kənarındakı yük maşınına qoyulmuş və elektron sistemlərdən istifadə edərək uzaqdan idarə olunan avtomatik silahla həyata keçirildiyini bildirən Fədəvi, hadisə yerində heç bir təcavüzkarın olmadığını söyləyib.

Fədəvi şəhid Fəxrizadənin yanında 11 cangüdənin olduğunu və cinayət yerindən 10-15 metr məsafədə quraşdırılmış yük maşınının üzərinə qoyulmuş avtomatik silahdan açılan mərminin belinə dəydiyini və onurğasını dağıdaraq həyatını itirdiyini bildirib.

Fədəvi atəş açıldıqdan sonra yük maşınının avtomatik silahı məhv etmək üçün partladığını da söyləyib.

O, hadisəni açmaq üçün partlayışdan sonra avtomatik silahdan qalan hissələrdən silahın elektron dövrələrini və peyk sistemlərini araşdırdıqlarını söyləyib:

“Hadisə yerində heç kim yox idi. Yük maşınına qoyulmuş avtomatik silahdan cəmi 13 güllə atılıb. Qalan güllələr mühafizəçilər tərəfindən atılıb.

Yük maşınına quraşdırılmış avtomatik silah Fəxrizadənin üzünə yaxınlaşdıran və süni intellektdən istifadə edən ağıllı peyk sistemi ilə də təchiz olunmuşdu”.

Fədəvi şəhid Fəxrizadənin bədəninə neçə güllə dəydiyi barədə məlumat verməyib.

Xatırladaq ki, İranın nüvə proqramının əsas simalarından biri olan Möhsün Fəxrizadə noyabrın 27-də Tehranın Dəmavənd bölgəsindəki Absərd məntəqəsində avtomobilinə silahlı hücum nəticəsində ağır yaralanmış və aparıldığı xəstəxanada həyatını itirmişdi.


Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031