Liviyada Türkiyə gəmisi ələ keçirildi
Liviyada general Xəlifə Haftər qüvvələri Türkiyəyə məxsus gəmini ələ keçiriblər.
Bu barədə Xəlifə Haftər liderliyindəki hərbi qüvvələrin mətbuat katibi Əhməd əl-Mismari açıqlama verib. "Türkiyəyə məxsus gəmidə 9 türk də var idi. Onlara qarşı beynəlxalq qaydalara uyğun olaraq rəftar edilməsi tapşırığı verilib", - Əhməd əl-Mismari diqqətə çatdırıb. O qeyd edib ki, Türkiyə hal-hazırda Liviyada atəşkəsi pozmağa cəhd edir. (eastnews.org) Oxşar xəbərlər
|