Terror - İsrail rejimi və ABŞ-ın İrana qarşı apardığı yeganə vasitədir
Mьəllif: admin1
Tarix: 8-12-2020, 22:27
Bцlmə: Xəbərlər
Terror - İsrail rejimi və ABŞ-ın İrana qarşı apardığı yeganə vasitədir
"Şəhid Möhsün Fəhrizadənin qətlində ABŞ və sionist rejimin əli var. Bundan əlavə, nüvə aliminə qarşı bu cinayətin törədilməsi İsrail rejimi və ABŞ-ın İranla birbaşa hərbi qarşıdurmaya girə bilməmələrini nümayiş etdirir.

Onlar yalnız terror vasitəsi ilə İranı bölgədə saxlamağa çalışır", - deyə iraqlı siyasi təhlilçi bildirib.

"Deyerler.org"un iqnanews.ru-ya istinadən verdiyi xəbərə görə, İraqın Əhdullah İslam hərəkatının rəhbərinin müavini, Müdafiə Nazirliyi yanında Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri iranlı nüvə alimi, şəhid Fəxrizadənin qətlinin siyasi, elmi və humanitar cəhətləri olduğunu bildirib.

Əl-Ətvani alimlərin öldürülməsinin, düşmənin İranın böyüməsini və inkişafını dayandırmaq üçün vasitə olduğunu deyib: “ABŞ və İsrail rejimi üçün bölgədəki alimləri və onların avadanlığını hədəfə almaq nüvə stansiyalarından daha vacibdir, çünki bu enerjini istehsal edə bilən alimlər, hər şey istehsal edə bilər.

Düşmənlər hesab edirlər ki, alimlərə qarşı edilən terror hücumları İran İslam Respublikasının gücünü və qüdrətini zəiflədəcək”.

Sonda BMT-nin bu cinayətlərlə bağlı mövqeyini biabırçı adlandıraraq dedi: “Bu, təəccüblü deyil, çünki Birləşmiş Ştatlar, BMT üzvlərini təhdid və qorxudaraq bu təşkilatları özlərinə tabe edir. Buna görə də Təhlükəsizlik Şurasının əksər üzvlərinin mövqeyində ikili və riyakar olduğunu görürük".
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031