ABŞ-dan Yəmənə: “Sülh Səudiyyə rejiminin yox, bizim əlimizdədir”
Yəmənin Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli Əl-Husi ABŞ-ın Sənaya gizli mesaj göndərdiyini açıqlayıb.
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Məhəmməd Əli Əl-Husi Twitter üzərindən verdiyi açıqlamasında bunları qeyd edib: “Amerikalılar Yəməndəki sülhün Səudiyyə rejiminin deyil, onların əlində olduğunu qəbul etdilər. Amerikalılar bizə vasitəçilik yolu ilə bir mesaj göndərdilər ki, barışıqla razılaşmasaq, Səudiyyə rejimi razı olsa da, sülh olmayacaq”. Əl-Husi bu tvitində “#Fence_America_murderer_of_Oyman_ People” (ABŞ mühasirəsi Yəmən xalqının qatilidir) heşteqindən istifadə edib. Eyni heşteqlə başqa bir tvitində ABŞ səfirinin Yəmən rialının digər valyutalara qarşı dağılacağı ilə hədələdiyini və bunun ABŞ mühasirəsinin Yəmən xalqının qatil olmasının səbəbi olduğunu yazıb. Əl-Husi, 2020-ci ilin martında Donald Tramp rəhbərliyinin Səudiyyə rejimi və BƏƏ ilə birlikdə Yəmənə yardımları dayandırmağa qərar verdiklərini, lakin onların beynəlxalq hüquqa görə, müstəqil və suveren dövlət olaraq Yəmənə hücum etdikləri və blokadaya aldıqları üçün yardım təmin etməyə görə tamamilə cavabdeh olduqlarını bildirib. Oxşar xəbərlər
|