İran və Türkiyə arasındakı "şeir qalmaqalı" bitdi - Nazirlər problemi həll etdilər
Mьəllif: admin1
Tarix: 13-12-2020, 21:40
Bцlmə: Xəbərlər
İran və Türkiyə arasındakı "şeir qalmaqalı" bitdi - Nazirlər problemi həll etdilər
İslamazeri.com “Rasthaber Azərbaycan“a istinadən verir, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında baş tutan telefon əlaqəsi zamanı, Türkiyə tərəfi Prezident Ərdoğana qarşı reaksiyanın qəbul edilmədiyini, İranla Türkiyə arasındakı yaxın və dostluq əlaqələrini və Ankaranın mehriban qonşuluğa dair qəti siyasətini vurğulanıb.

Çavuşoğlu Türkiyə Prezidentinin İranın milli suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etdiyini, onu sadəcə Qarabağla əlaqəli hesab etdiyini, İrana işarə belə etmədiyini önə çəkib.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif də bu telefon danışığında, iki ölkə arasındakı dostluğun və hörmətə əsaslanan əlaqələrin, habelə Türkiyə prezidenti ilə İran İslam Respublikasının yüksək rütbəli rəsmiləri arasındakı səmimi münasibətlərin əhəmiyyətindən danışaraq ikitərəfli əlaqələrin qarşılıqlı etimad şəraitində daha da genişlənəcəyinə ümidvarlıq ifadə edib.

Nə olmuşdu?

Türkiyə Prezidenti Bakıda keçirilən Zəfər Paradında çıxışı zamanı şeirdən misra demiş, bundan sonra İran etirazını bildirmişdi.

Ərdoğanın dediyi şeirdən misralar:

"Arazı ayırdılar. Qum ilə doldurdular. Mən səndən ayrılmazdım; Zor ilə ayırdılar; Ay Çalın, can Laçın; Mən sənə qurban Laçın!"

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031