Netanyahu: "İsrail ABŞ və ərəb ölkələri ilə İran əleyhinə birləşdi"
Mьəllif: admin1
Tarix: 14-12-2020, 13:00
Bцlmə: Xəbərlər
Netanyahu: "İsrail ABŞ və ərəb ölkələri ilə İran əleyhinə birləşdi"
İsraildə rəsmi səfərdə olan ABŞ Milli Təhlükəsizlik məsləhətçisi Robert Obrayn İsrail Baş Naziri Binyamin Netanyahu ilə görüşüb.

Görüş əsnasında Netanyahu Təl-Əviv rejiminin İranı dayandırmaq üçün ABŞ və ərəb ölkələri ilə razılaşdığını söyləyib.

Netanyahu Qərbi Qüdsdəki naziriliyin ofisində Obrayn ilə keçirdiyi mətbuat konfransında İranın ümumdünya sülhünü təhdid etdiyini iddia edərək, "Ümumdünya sülhü istiqamətində bu böyük təhdidin qarşısını almaq üçün hamımız birləşməliyik", - deyib.

Obrayn İsrailin ərəb ölkələri ilə müqaviləsinin vacibliyini vurğulayaraq "Bağlanan bütün sazişlər çox vacib idi. Ancaq bunların heç biri yəhudi xalqı ilə tarixi əlaqələri olan Mərakeşlə bağlananı qədər böyük deyildi", - deyə bildirib.
(eastnews.org)
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031