35 əcnəbi İmam Rzanın (ə) hərəmi ilə əlaqə qurub müsəlman oldu
Son 1.5 ildə Şimali və Mərkəzi Amerikadan olan 35 ispan dilli əcnəbinin İmam Rzanın (ə) müqəddəs ziyarətgahı ilə virtual əlaqə qurmaqla İslam dinini qəbul ediblər.
Deyerler.org Razavi-yə istinadən xəbər verir ki, Qüds Rəzəvi ostanının xarici zəvvar işləri üzrə direktoru Seyid Muhamməd Cavad Haşiminejat 35 ispan dilində danışan şəxsin müsəlmanlığı qəbul etməsi ilə bağlı bunları deyib: “Xarici zəvvarların işlərini idarə etmək üçün ispan dili departamentinin qurulduğu son bir il yarımda Şimali və Mərkəzi Amerikadan olan 35 ispan dilli dinləyici İmam Rzanın (ə) müqəddəs ziyarətgahı ilə virtual əlaqə vasitəsilə İslam dinini qəbul ediblər. Bunlardan 28 nəfər Kolumbiya, Venesuela, İspaniya, Meksika, Paraqvay, Çili, Nikaraqua və Livandandır və ilin əvvəlindən etibarən İslamı qəbul ediblər. Müsəlman olanların 65%-i qadınlardır. İslamla ilk tanışlıqdan sonra İslam və xristianlığın ehkam məsəlləri ilə uyğunlaşma, İslamın gözəlliklərini və Həzrət Peyğəmbərin (s) həyatı, Quran ayələrini tərcümə etmək kimi dini məzmunlu sosial media səhifələri ilə İslam dini barədə araşdırma aparanlar İslamı qəbul etmək istədiklərini bildirirlər. İslamı qəbul etmək ürəklərini bu dinə verməklə baş verir və İmam Rzanın (ə) müqəddəs ziyarətgahı ilə vizual əlaqə yolu ilə bu yeni müsəlmanlarla ünsiyyətə keçərək, Qurani-Kərim, İslam və onun qaydaları ilə bağlı kitabların İspan dilinə tərcümələrini onlara çatdırırlar”. Oxşar xəbərlər
|