İran ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyanı tənqid etdi
İran Xarici İşlər Nazirliyi ABŞ-ın Türkiyəyə qarşı ötən gün tətbiq etdiyi sanksiyanı tənqid edib.
Bu barədə İran Xarici İşlər naziri Muhamməd Cavad Zərif öz Tvitter hesabında paylaşım edib. “ABŞ-ın sanksiyalara aludəçiliyi və beynəlxalq hüquqa hörmətsizlik yenidən tam şəkildə nümayış etdirildi. ABŞ-ın Türkiyəyə qarşı son sanksiyalarını şiddətlə qınayırıq və (Türkiyə) xalqı və hökuməti ilə bir yerdəyik”, - deyə Cavad Zərif bildirib. (eastnews.org) Oxşar xəbərlər
|