Yəmən İranın təcrübəsindən faydalanmaq istəyir
İranın Sanadakı səfiri Həsən İrlu Yəmənin yenidən qurulması prosesi ilə bağlı ölkənin Nəqliyyat nazirinin müavini Məhəmməd əz-Zari ilə görüşüb.
Görüş zamanı səfir İrlu İranın Yəmənin yenidən qurulması üçün Sana ilə əməkdaşlığa hazır olduğunu söyləyib. Yəmən rəsmisi də bu görüşdə, xüsusilə Səudiyyə koalisiyası tərəfindən ölkənin infrastrukturunun məhv edildiyi bir vəziyyətdə İran İslam Respublikasının yollar, körpülər və tunellər qurma təcrübələrindən faydalanmaq istədiklərini vurğulayıb. (eastnews.org) Oxşar xəbərlər
|