Müəzzinə hücum edən irqçi, həbsxanada Quran əzbərləyəcəyinə söz verdi
Məsciddə ibadət edərkən yaşlı müəzzinə hücum edən britaniyalı şəxsə məhkəmə qərarı çıxarılıb.
Keçən ilin fevralın 20-si Londonun mərkəzi məscidində camaat namazı vaxtı məscid müəzzini Rafat Maklad, hücuma məruz qalıb. Məscidinin 70 yaşlı müəzzini, keçmiş evsiz 30 yaşlı Daniyel Horton tərəfindən boynundan bıçaqla yaralanıb. "Deyerler.org"un islamnews.ru-ya istinadən verdiyi xəbərə görə, hücumdan sonra Maklad aldığı xəsarətdən yuxusuzluqdan əziyyət çəkməyə başlayıb və boynuna vurulan bıçaq yarası səs tellərini zədələyib. Məhkəmədə Horton onu psixiatriya xəstəxanasına yerləşdirilməməsini, günahını yumaq üçün Quranı hifz etməyə vaxt tapsın deyə həbsxanaya salınmasını istəyib. Sautuark Kral Məhkəməsi, britaniyalını ağır bədən xəsarəti yetirməkdə günahkar hesab edərək 7 il həbs cəzasına məhkum edib. Oxşar xəbərlər
|