Qum Elmi Hövzəsinin Ustadlar Camiəsinə yeni rəhbər təyin olunub
Mьəllif: admin1
Tarix: 18-12-2020, 21:44
Bцlmə: Xəbərlər
Qum Elmi Hövzəsinin Ustadlar Camiəsinə yeni rəhbər təyin olunub
Qum Elmi Hövzəsinin Ustadlar Camiəsinə yeni rəhbər təyin olunub.

Maide.Az xəbər verir ki, Qum Elmi Hövzəsinin Ustadlar Camiəsinin üzvləri bu gün keçirdikləri iclasda Qum Elmi Hövzəsinin yüksək qurumuna yeni sədr kimi səs çoxluğu ilə Ayətullah Seyid Haşim Hüseyni Buşehirini seçiblər.

Həmçinin Qum Elmi Hövzəsinin Ustadlar Camiəsinin bugünkü iclasında, qurum sədrinin birinci müavini postuna Ayətullah Seyid Əhməd Xatəmi, sədrin ikinci müavini postuna isə Höccətül-İslam Abbas Kəbi seçilib.

Qeyd etmək lazımdır ki, Qum Elmi Hövzəsinin Ustadlar Camiəsinin sabiq rəhbəri Ayətullah Məhəmməd Yəzdi Dekabr ayının 9-da 89 yaşında vəfat edib.

O mərhum 10 il Məhkəmə Sisteminin rəhəri vəzifəsində çalışdıqdan sonra Qum Elmi Hövzəsinin Ustadlar Camiəsinin sədr müavini, Ali Şuranın katibi və 2007-ci ildən 2020-ci ilədək qurumun rəhbəri vəzifəsində çalışmışdı.
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031