Fələstinlilərin öz müqəddəratlarını təyin etmə hüquqları tanındı
Fələstinlilərin öz müqəddəratlarını təyin etmə hüquqları tanındı
Eastnews.org-un verdiyi xəbərə görə, BMT Baş Assambleyası Fələstin xalqının öz siyasi və torpaq bütövlüyü ilə bağlı müqəddəratını təyin etmə haqqını tanıyıb. Bu barədə Fələstin Muxtariyyəti Xarici İşlər naziri Riyad əl-Maliki açıqlama verib. Riyad əl-Maliki açıqlamasında bildirib ki, bu haqq müstəqil ölkələrin sahib olduğu müstəsna haqqdır. "Biz də bu qərarı hədəf alaraq hüquqlarımızı qoruyacağıq. Atacağımız addımlar gələcəkdə daha çox beynəlxalq hüquq çərçivəsində reallaşacaq", - deyə Riyad əl-Maliki diqqətə çatdırıb. Oxşar xəbərlər
|