İraqda ABŞ səfirliyi yaxınlığına raket hücumu edildi - Video
İraqın paytaxtı Bağdaddakı "Yaşıl zona"dakı ABŞ səfirliyi yaxınlığına raket hücumu edilib.
İnsan itkisinin olmadığı hücumda maddi ziyan meydana gəlib. Raket hücumunun səsi Bağdadın bəzi bölgələrində də eşidilib. Atılan raketlərin bir hissəsi "Yaşıl zona"ya yaxın yaşayış məntəqələrinə düşüb. Hücumun bəzi görüntüləri sosial mediada paylaşılıb. Hücumla bağlı İraq hökuməti tərəfindən hələ açıqlama verilməyib. (eastnews.org) Oxşar xəbərlər
|