Şəhid Şeyx Nimrin oğlu Səud rejimi tərəfindən həbs edilib
Xəbər mənbələri şəhid Şeyx Nimrin oğlu Şeyx Hüseyn Nimrin həbs olunduğunu bildirib. Şeyx Hüseyn Nimr iki gün əvvəl Səudiyyə rejiminin şərqindəki Qətifdəki şiə bölgəsindəki evindən qaçırılıb və hazırda onun haqqında heç bir məlumat yoxdur.
"Deyerler.org"un parstoday-a istinadən verdiyi xəbərə görə, son aylarda Səudiyyə rejiminin təhlükəsizlik qüvvələri Şeyx Nimr Baqir ən-Nimrin 30 yaşlı qardaşı Amin Baqir ən-Nimr daxil olmaqla, bir sıra ailə üzvlərini həbs edib. İki həftə əvvəl Daxili Təhlükəsizlik Nazirliyinə bağlı Səudiyyə rejiminin qüvvələri Əl-Həsə bölgəsindəki tanınmış din xadimi Seyid Haşim əl-Şahsın evinə hücum edərək həbs edib. Xatırladaq ki, Şeyx Nimr Baqir Səudiyyə rejimini tənqid etdiyinə görə 2016-cı ilin yanvarın 2-si edam edildi və bu, dünya müsəlmanlarının geniş qınağına səbəb oldu. Qətif bölgəsindəki Əl-Avamiya şəhəri, Əhli Beyt (ə) ardıcılları olduğu üçün hər zaman Səud rejimi tərəfindən təqibə məruz qalır. İndiyə qədər Səudiyyə rejiminin hərbçilərinin bu şəhərə hücumları nəticəsində yüzlərlə sakin öldürülərək yaralanıb, yüzlərlə vətəndaş cəmiyyətinin fəalları həbs edilib. Oxşar xəbərlər
|