Nigeriyada koronavirusun ən təhlükəli növü aşkarlandı
Mьəllif: admin1
Tarix: 25-12-2020, 11:01
Bцlmə: Xəbərlər
Nigeriyada koronavirusun ən təhlükəli növü aşkarlandı
Nigeriyada COVID-19 infeksiyasının yeni ştammı aşkarlanıb. Bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və profilaktika üzrə mərkəzinin rəhbəri Con Nkenqasonq bildirib.

"Nigeriyada gördüyümüz o (ştamm-red) hələ məhdud məlumatlara əsaslandığımız 501 mutasiyasıdır. Görünən odur ki, bu, İngiltərə və Cənubi Afrikadakı kimi deyil, fərqli ştammdır. Ancaq yenə təkrar edirəm – bu, iki və ya üç genetik ardıcıllığa əsaslanır.

Nigeriyada araşdırmanı genişləndirməliyik ”, - o deyib. Dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə Nazirliyi ölkədə COVID-19-un yeni növünün aşkarlanması barədə bildirib. Yeni ştam Londonda, həmçinin İngiltərənin cənub-şərqində yayılmağa başlayıb.

Bir neçə gün sonra - dekabrın 23-də Britaniyada Cənubi-Afrika Respublikasından gələn bir nəfərdə koronavirusun daha bir yeni növünün üzə çıxarılması haqqında bildiriblər.

Qeyd edək ki, koronavirusun yeni ştammı daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır.
(eastnews.org)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031