Ayətullah İsa Qasım: “Qasım Süleymani və Əl-Mühəndis gələcək nəsillərə cihad məktəbidir”
Əl-İtticah xəbər mərkəzinin verdiyi məlumata görə, Bəhreyn Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah Şeyx İsa Qasım Qələbə komandirlərinin şəhadətindən bir xatirə olaraq qalan ən vacib məsələnin İslam ümmətinin bir çox rejiminin cihad vəzifələrini və müqəddəs müdafiələrini unutması olduğunu bildirib.
Deyerler.org xəbər verir ki, Ayətullah İsa Qasım açıqlamasında bunları deyib: “İslam ümmətinin bəzi hökumətləri, rəqiblərinə qarşı ABŞ və sionist düşmənləri ilə əl-ələ verdilər”. Şəhid Qasım Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisin şəhadətlərinin İslamın və ümmətin qorunmasında liderlik və istiqamətləndirici rolunun olduğunu qeyd edən Ayətullah İsa Qasım, belə deyib: “Gələcək nəsillər üçün Allah yolunda yaşayan dinamik cihad məktəbinə çevrildilər”. Oxşar xəbərlər
|