Hizbullah: “Sionist düşmən bizimlə müharibədə məğlub oldu”
Livanın Hizbullah hərəkatının icra şurasının rəhbəri Seyid Haşim Safiuddin Sionist rejimin hərəkata qarşı mübarizəsində uğursuz olduğunu vurğulayıb.
Deyerler.org xəbər verir ki, Əl-Ahd saytının bildirdiyinə görə, Seyid Haşim Safiuddin açıqlamasında bunları qeyd edib: “Sionist düşmən Hizbullahla müharibədə məğlub oldu və bu səbəblə üz-üzə gəlmək üçün alternativ planlar və variantlar axtarmalı oldu”. O, sionist rejimlə dəniz sərhədləri çəkmək üçün aparılan danışıqları da, bu danışıqların sionist rejimlə razılaşma istiqamətinə daxil edilməsinin düzgün olmadığını vurğulayıb. Hizbullah rəsmisi bəzilərinin sionist rejimlə dolayı danışıqların razılaşma naminə olduğunu iddia etdiklərini, ancaq Livanın bundan uzaq olduğunu qeyd edib. “Danışıqlar və dəniz sərhədlərinin çəkilməsi barədə deyilən hər şey Hizbullahı hədəfə almağa yönəlib və doğru deyil”, - deyə o, bildirib. Çıxışının başqa bir hissəsində, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri şəhid general-leytenant Qasım Süleymaninin xarakterindən bəhs edən Hizbullah rəsmisi, belə deyib: “Hacı Qasım bütün sahələrdə lider, səmərəli komandir və planlaşdırıcı idi. Hacı Qasımın şəxsiyyəti, mədəniyyəti, tərbiyəsi və üslubu Muhəmmədin (s) pak İslamının və bu böyük şəxsiyyəti edən İmam Xomeyninin (RA) üslubunun məhsulu idi. Hacı Qasım şəhidliyi çox sevirdi və şəhidlərdən danışarkən ağlayırdı”. Seyid Safiuddin şəhid Hacı Qasımın Malik Əştərin xarakterindən təsirləndiyini və təkrarlana bilməyən bir məktəb və model olduğunu vurğuladığını bildirib. “ABŞ müqavimətin bütün sahələrdə əhəmiyyətli dərəcədə irəliləməsinin qarşısını ala bilmədikdən sonra Hacı Qasımı hədəfə aldı”, - deyə Hizbullah rəsmisi bildirib. Oxşar xəbərlər
|