Qəzzadakı general Qasim Süleymaninin şəkili İsraili qəzəbləndirib
Qəzzada general Qasim Süleymaninin təsviri olan böyük bir lövhənin quraşdırılması İsrail rejimini qəzəbləndirib.
Görüntülərə reaksiya verən İsrail ordusunun sözçüsü Avikha Adreei qəzəbli bir şəkildə "Twitter"də yazıb: "General Qasim Süleymaninin Qəzza küçələrindəki böyük şəkli var. Ərəblərin sizi və probleminizi müşayiət edəcəyini gözləyirsiniz?" Löhvədə HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmail Haniyənin sözlərinə yer verilib: "General şəhid Qasim Süleymani bütün ömrünü müqaviməti qorumağa həsr edib. O, Qüds şəhididir". (eastnews.org) Oxşar xəbərlər
|