Pompeo: "ABŞ İranın nüvə şantajının əsirliyində qalmayacaq"
ABŞ Dövlət katibi ölkəsinin İranın nüvə məsələsinin əsiri olmayacağını bildirib.
ABŞ Dövlət katibi Mayk Pompeo "Twitter"də yazıb ki, İran ABŞ və müttəfiqlərimizi təhdid edir: "Tramp administrasiyası status-kvonu qəbul etməyib və yenidən sanksiyalar tətbiq edib. Maksimum təzyiq kampaniyasına başladıb. ABŞ İranın nüvə şantajının əsirliyində qalmayacaq". Qeyd edək ki, 8 may 2018-ci il tarixində ABŞ prezidenti Donald Tramp Vaşinqtonun BMT Təhlükəsizlik Şurası qarşısında götürdüyü öhdəliklərin əksinə olaraq, birtərəfli qaydada razılaşmadan çıxıb və İrana qarşı nüvə sanksiyalarının qaytarılacağını elan edib. Ancaq Vaşinqtonun sanksiyalara müraciət etməsinə və İrana qarşı maksimum təzyiq kampaniyasına baxmayaraq, Tramp Tehran rəsmilərini yeni bir razılaşma barədə danışıqlara razı sala bilməyib. (eastnews.org) Oxşar xəbərlər
|