Yəmən müharibəsi başlayandan 13082 qadın və uşaq öldürüldü və yaralandı
“Entesaf” insan haqları təşkilatı dekabrın 31-i Yəməndəki son mülki itkilərə dair hesabatında, Yəmən müharibəsi başlayandan etibarən 13082 yəmənli qadın və uşağın öldürüldüyünü və yaralandığını bildirib
Deyerler.org SABA-ya istinadən xəbər verir ki, hesabatda müharibə dövründə 2392 qadın və 3796 uşağın öldürüldüyü, 2798 qadın və 4096 uşaq yaralandığı qeyd edilib. “Entesaf” insan haqları təşkilatı dünya ölkələrinin və beynəlxalq təşkilatların susqunluğunu kəskin tənqid edib, bu cür hərəkətsizliyi və reaksiya verməməyi rüsvayçılıq olaraq xarakterizə edərək, belə deyib: “Beynəlxalq hüquqa görə, mülki şəxsləri hədəfə almaq hərbi cinayətidir. Səudiyyə rejiminin koalisiyası bütün beynəlxalq qaydaları pozaraq qəsdən mülki insanları hədəfə alır və Təhlükəsizlik Şurası və BMT Yəməndəki mülki itkilərlə bağlı şəffaf araşdırma aparmaq üçün qərəzsiz araşdırma qrupu yaratmalıdır. Bu ölkənin zalım mühasirəsini qaldırmağa çalışın”. Yəmənin Milli Qurtuluş Hökumətinin səhiyyə nazirinin müavini Nəcib Əl-Qabati bundan əvvəl belə danışmışdı: “Yəməndəki müharibə və ölkənin mühasirəsi nəticəsində hər il 100.000 yeni doğulmuş körpə ölür, yəni iki saatda altı uşaq ölür”. Oxşar xəbərlər
|