Ali Dini Rəhbər Ayətullah Misbah Yəzdinin vəfatı münasibətilə başsağlığı verib
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei rəbbani alim, fəqih və müdrik mücahid Ayətullah Misbah Yəzdinin vəfatı ilə əlaqədar başsağlığı verib.
Ali Dini Rəhbərin mesajının mətni belədir: "Bismillahir Rahmənir Rahim Rəbbani alim, fəqih və müdrik mücahid Ayətullah Hacı Məhəmməd Təqi Misbah Yəzdinin ölüm xəbərini çox təəssüf və hüzn hissi ilə aldım. Bu elm hövzəsi və İslam təhsili sahəsi üçün bir itkidir. Doğru yolda səbatla həqiqəti və əzmini ifadə etməkdə bəlağətli dili ilə seçilən mütəfəkkir, layiqli idarəçi idi. Dini düşüncə istehsalında və fundamental kitabların yazılmasında, seçilən və nüfuzlu tələbələrin yetişdirilməsində və varlığına ehtiyac duyulduğu vaxt inqilabçı olaraq bütün sahələrdə xidmət etməsi həqiqətən etdiyi xidmətlərinin bənzərsiz olduğunu göstərir. Təqva gəncliyindən ömrünün sonuna qədər həmişə onun xarakterik xüsusiyyəti idi və tövhid bilikləri ilə davranışındakı uğurları bu uzunmüddətli mübarizə üçün böyük ilahi mükafatıdır. Bu qədim və əziz qardaşımın yasını saxlayır, hörmətli ailəsinə və saleh övladlarına və həyatda olan digər əzizlərinə, bu böyük müəllimin tələbələrinə və fədailərinə və ilahi elm hövzəsinə başsağlığı verirəm. Allahdan onun məqamını ucaltmasını, rəhmət və məğfirət istəyirəm". Deyerler.org Oxşar xəbərlər
|