Seyid Həsən Nəsrullah: “Qəzza və Livan bizim ön xəttimizdir”
Mьəllif: admin1
Tarix: 4-01-2021, 21:19
Bцlmə: Xəbərlər
Seyid Həsən Nəsrullah: “Qəzza və Livan bizim ön xəttimizdir”
Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah dünən (3 yanvar) axşam qələbə komandirləri şəhid Hacı Qasım Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisin şəhadətinin birinci ildönümü ilə əlaqədar çıxış edib.

Deyerler.org xəbər verir ki, Seyid Həsən Nəsrullah çıxışının əvvəlində Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadəti ilə əlaqədar bütün müsəlmanlara başsağlığı verib.

Hizbullahın lideri daha sonra Ayətullah Əllamə Məhəmməd Təqi Misbah Yəzdinin vəfatı ilə əlaqədar ailəsinə və İran xalqına, Ali Dini Rəhbərə və İslam Hövzələrinə və İslam ümmətinə başsağlığı verib və İslam dünyasının böyük mütəfəkkirini itirdiyini söyləyib.

Seyid Həsən Nəsrullah şəhid Süleymani və şəhid Əl-Mühəndis və yoldaşlarının şəhadətinin ildönümü münasibətilə ailələrinə və müqavimət oxuna başsağlığı verib:

“Müqavimət şəhidlərinə sadiq olmalıyıq və onlar haqqında susmamalıyıq, əksinə onları tanımalı və tanıtmalı, lütf və fədakarlıqlarını qəbul etməli, onları qiymətləndirməli, təqdir və təşəkkür edib ehtiram göstərməliyik.

Sərdar Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisin terror edilməsi böyük tarixi hadisə oldu. Sərdar Süleymaninin və çağdaşlarının İrandakı möhtəşəm cənazəsi dünyadakı ən böyük cənazə mərasimi oldu.

Şəhid Hacı Qasım və yoldaşlarının əzəməti və məzlumiyyəti tarixdə qalacaq.

İran İslam Respublikası Səddamın onlara qarşı tətbiq etdiyi müharibəyə baxmayaraq, sionist rejimin Livana qarşı müharibəsi vaxtı müqaviməti və Livanı unutmadı və Suriyadakı müharibədə bu ölkənin hökuməti və xalqına dəstək oldu.

İran və Suriya 1982-ci ildən bəri müqavimətin əsas dəstəkçiləridir və İmam Xomeyni İsrail rejiminin irəliləməsinin qarşısını almaq üçün İran ordusundan Livana heyət göndərdi”.

Seyid Həsən Nəsrullah İslam İnqilabı Keşikçiləri Korpusu Hərbi Hava Qüvvələrinin komandiri general Əmir Əli Hacızadənin sözlərinə toxunaraq belə deyib:

“Onun sonuncu açıqlamaları təhrif olundu və Qəzza ilə Livanın işğalçı İsrail rejimi ilə qarşı-qarşıya gəlməkdə ön cəbhə olduğunu, İranı müdafiə edən cəbhə xətti olmadığını söylədi.

Dünən bir iranlı dost, bəzi Livan mediasının onun sözlərini təhrif etdiyini söylədi ... Fələstin və Livandakı müqavimət raketlərinin İranın mübarizəsi və bunların bizim müdafiəmizin ön xətti olduğunu dedilər. Xeyr. İran özlərini qorumaq üçün Qəzza və Livana dəstək verdi.

Qəzza və Livan Hizbullah üçün ön xəttdir və bu iki bölgə uzun illərdir sionistlərə qarşı cəbhə xəttidir”.

Seyid Həsən Nəsrullah Hizbullahın bəşəriyyət tarixindəki ən müstəqil müqavimət hərəkatlarından biri olduğunu bildirib: “Livanda bizi pul və silahla dəstəkləyəni bizi şəhid edən, Livana qarşı sui-qəsd quran və bu illər ərzində İsrail rejiminin düşməninə dəstək olan biri ilə eyni tutmuruq”.

İraqlılar və suriyalılar ölkələrinə intiharçı-terrorçu göndərərək onlara qarşı sui-qəsd quranlarla işğal edilmiş ərazilərini terrorçulardan azad etmək üçün onlara kömək edənlər arasında fərq qoya bilməyənlərdən deyil.

Müqavimət komandirlərinin şəhadətinin ildönümü münasibətilə bölgədə, Fars körfəzində və İsrail rejimində böyük narahatlıq var və bölgədə ciddi gərginlik hökm sürür.

İran şəhid general Süleymaninin terror edilməsindən sonra ABŞ əsgərlərinin olduğu Əynul Əsəd bazasını hədəfə aldığı kimi, bölgədəki müttəfiq və qüvvələrə ehtiyac duymadan təcavüzkarlara istədiyi yerdə cavab verən güclü və bacarıqlı bir ölkədir.

İran qüvvələrinə və alimlərinə qarşı edilən sui-qəsdlərə hərbi və təhlükəsizlik baxımından cavab verməyə qərar verdikdə, cavab verəcək və heç vaxt bölgədəki dostlarından və müttəfiqlərindən kömək istəməyən İrandır.

Müqavimət oxu müqavimət komandirlərinin şəhid olma hadisəsini aşmağı bacardı. Müqavimət oxu komandirlərini itirəndə daha güclü, daha ciddi və daha ayıq olur.

İran şəhid Hacı Qasım Süleymanini milli qəhrəman hesab edirsə, biz Livanda və Hizbullah onu dünyadakı və İslam dünyasındakı məzlumların fədakarlığı, sadiqliyi və müdafiəsi qəhrəmanı hesab edirik. O təkcə şiələr üçün deyil, xristianlar və yezidilər kimi bütün müsəlmanlar və qeyri-müsəlmanlar üçün çalışdı və fədakarlıq etdi.

Şəhid Sərdarın hərəkətləri və nailiyyətləri çoxdur və onlar haqqında deyilənlər və açıqlananlar az bir hissədir və danışmaq mümkün olmayan məsələlər var.

Müqavimət komandirlərinin şəhadəti olmasaydı, ABŞ qüvvələrinin bölgədən çəkilməsi şüarı bölgə xalqlarının nail olmağa çalışdıqları şüara çevrilməzdi.

Şəhid general Süleymaninin və onun yoldaşlarının qatillərindən intiqam almaq hər azad və şərəfli insanın borcudur və ədalətli intiqam, öldürülməsini əmr edən və həyata keçirənlərə qarşı intiqam almaqdır”.

Seyid Həsən Nəsrullah çıxışında ABŞ-ın Livandakı İslam müqavimətinə qarşı hərəkətlərindən də danışıb: “ABŞ indi nadir hallarda eşitdiyiniz ölkələri Hizbullahı terror siyahısına salmağa çağırır. Bu müqavimətə qarşı davam edən döyüşün bir hissəsidir.

Bu gün mühasirədə təkcə biz deyilik, düşmənlərimiz də mühasirədədir. Düşmən onsuz da məğlub olan döyüşə girdi. Mühasirə həqiqi güc mənbəyinə olan etibarımızı artıracaq”.

Hizbullahın baş katibi sonda yaxın günlərdə Livan və ölkədəki vəziyyətlə bağlı ətraflı çıxış edəcəyini də söylədi.


Deyerler.org
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031