Şeyx Zəkzəki həbsxanadan: “Bütün İslam dünyası böyük əllaməni və filosofunu itirdi”
Mьəllif: admin1
Tarix: 5-01-2021, 22:14
Bцlmə: Xəbərlər
Şeyx Zəkzəki həbsxanadan: “Bütün İslam dünyası böyük əllaməni və filosofunu itirdi”
Nigeriyadakı İslam Hərəkatının (İMN) üzvlərindən biri yanvarın 3-ü axşam Nigeriya Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəki və həyat yoldaşı ilə həbsxanada görüş zamanı Rəbbani alimAyətullah Məhəmməd Təqi Misbah Yəzdinin vəfatı xəbərini verdiklərini və şeyxin bu xəbəri alanda dərindən təsirləndiyini və kədərləndiyini bildirib.

Deyerler.org xəbər verir ki, adının anonim saxlanılmasını istəyən İMN üzvü görüş barədə bunları danışıb: “Şeyx İbrahim Zəkzəki Ayətullah Misbah ilə dost olduğunu dedi və bu görkəmli alimin ölümünün İslam dünyası üçün faciə olduğunu çox təəssüflə bildirdi”.

Onun sözlərinə görə, Şeyx Zəkzəki Ayətullah Misbah Yəzdinin görkəmli elmi və mənəvi simasını tərifləyərək belə deyib: “Təkcə İran yox, bütün İslam dünyası böyük əllaməni və görkəmli filosofunu itirdi. Ayətullah Misbah Yəzdi təkcə şiələr arasında deyil, sünnilər arasında da çox məşhur idi.

Bu görkəmli müsəlman alimi, İslami vəhdət sahəsində çox çalışdı, şiələr və sünnilər arasında birlik məsələsini qətiyyətlə təqib etdi”.

Sözügedən İMN üzvü Şeyx İbrahim Zəkzəkinin səhhətinin son vəziyyəti barədə isə belə danışıb: “Təəssüf ki, Şeyx Zəkzəkinin və həyat yoldaşının vəziyyəti pisdir və vəziyyətləri yaxşı deyil”.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031