İraqda ABŞ koalisiyasının təchizat karvanına hücum edilib
ABŞ koalisiyasının İraqdakı hərbi təchizat karvanına yol kənarında yerləşdirilmiş bombalarla hücum edilib.
Deyerler.org Almayadeen-ə istinadən xəbər verir ki, ABŞ koalisiyasının hərbi təchizat karvanına hücum Bağdadın cənubundakı Yusifiyyə bölgəsində baş verib. Sabereen News Telegram kanalı İraqın Səmavə şəhərindəki ABŞ-ın hərbi təchizat karvanının da hədəfə alındığını bildirib. Üç gün əvvəl ABŞ koalisiyasının təchizat karvanı Səlahəddin vilayətində yol kənarında yerləşdirilmiş bomba ilə hədəfə alınmışdı. ABŞ-ın logistika karvanındakı tələfat və ya ziyan barədə məlumat verilməyib. İraqdakı Qasım Əl-Cabbarin qrupu Yusifiyyə və Səmavədəki hücumlara görə məsuliyyəti öz üzərinə götürüb. Oxşar xəbərlər
|