İŞİD-in partladığı Daniyal (s) peyğəmbərin ziyarətgahı yenidən qurulur
Mьəllif: admin1
Tarix: 12-01-2021, 21:48
Bцlmə: Xəbərlər
İŞİD-in partladığı Daniyal (s) peyğəmbərin ziyarətgahı yenidən qurulur
Neynəva vilayətinin Vəqflər İdarəsi Mosulun qərbindəki Dəclə sahilində Daniyal (ə) peyğəmbərin məqamının yenidən qurulmasına başlandığını elan edib.

Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, bu müqəddəs yer 2014-cü ildə İŞİD tərəfindən partladılmışdı.

Neynəva Vəqflər İdarəsinin direktoru Əbu Bəkr Kənan mətbuat konfransında bunları deyib: “Yenidənqurma və əvvəlki vəziyyətinə gətirmək üçün dağıntıların təmizlənməsi başa çatıb”.

2014-cü ilin son aylarında İŞİD terror qruplaşması qədim Mosul şəhərini ələ keçirərkən Daniyal (ə) peyğəmbərin məqamını da partlatmışdı.

Əvvəllər xristian kilsəsi olmuş Daniyal (ə) peyğəmbər ziyarətgahı Elihud məhəlləsi adlanan ərazidə yerləşir və köhnə, qədim yer sayılır və qonşu ölkələrdən gələn qonaqlar buranı ziyarət edir.

Rəsmi olaraq Mosul Əmlak İdarəsində və Bələdiyyəsində qeydiyyata alınmış və memarlıq üslubu Monqol dövrünə gedib çıxan məscid, iki günbəz və bir minarə, tağlar və sütunlara malikdir.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031