Yaponiyada müsəlmanların sayı son 10 ildə iki dəfə artıb
Yaponiyada müsəlmanların sayı son 10 ildə xeyli artıb.
Deyerler.org Aboutislam-a istinadən xəbər verir ki, Vaseda Universitetindən Tanada Hirofuminin yazdığına görə, Yaponiyada son 10 ildə müsəlmanların sayı iki dəfədən çox artıb. 2010-cu ildə statistika Yaponiyada müsəlmanlarının sayının 110.000 olduğunu göstərsə də, 2019-cu ilin sonuna qədər bu rəqəm 230.000 nəfərə yüksəlib (50.000 yapon daxil olmaqla). Müsəlmanların sayının artması ölkə daxilində daha çox məscid, ibadət yerləri və halal yemək restoranları inşa edilməsinə səbəb olub. Ritsumeikan Asiya-Sakit Okean Universitetinin (APU) professoru və Beppu Müsəlman Dərnəyinin (BMA) rəhbəri Məhəmməd Tahir Abbas Xanın bildirdiyinə görə, bu gün Yaponiyada müsəlmanları qəbul edən 110 məscid var. Müsəlmanların ibadət etmək üçün daha çox fürsəti olsa da, son mənzillərini (dəfn olunacaq) tapmaqda çətinlik çəkirlər. İslam dinində qadağan olunmasına baxmayaraq, yaponların 99%-i vəfat edəndən sonra yandırılır. “Bu gün ölsəm, harada dəfn olunacağımı bilmirəm”, - deyə Məhəmməd Tahir Abbas Xan təəssüflənir. BMA yeni qəbristanlıq yeri axtarmağa təxminən on il əvvəl başlayıb. 60-70 milyon yen (582,000-679,000 $) toplanılıb və inşasına başlatmağa az qalıb. Yenə də yaxınlıqdakı qəsəbələrin sakinləri su təchizatı ilə bağlı yeni narahatlıqlarını bildirirlər. Qəbiristanlığa qarşı vəsatət qaldıran Eto Kiyotaka isə belə deyir: “Bu konkret bir şey deyil, sadəcə bir hissdir. Suyu rahatlıqla içə bilməyəcəyik”. “Bu narahatlıqlar qəbirlərin təhlükəsizliyi ilə bağlı elmi dəlilləri görməməzlikdən gəlir”, - deyən Kavabe, müsəlmanları dəstəklədiyinə görə qəzəbli çağırışlarla və məktublarla qarşılaşdığını söyləyib. “Mənə deyirlər ki, sən yaponsan, niyə müsəlmanların tərəfindəsən? Bir çox insan qorxur ”, - deyə o, ah çəkərək bildirir. Bu qorxulara baxmayaraq, Xan Yaponiyanın “yaşamaq üçün gözəl bir yer” olduğunu söyləyir. “Biz inteqrasiya etməyə çalışırıq. Yaponiyanı vətənimiz kimi qəbul etdik”, - deyə Məhəmməd Tahir Abbas Xan bildirib. İslam dini 1920-ci illərdə Yaponiyaya Rusiya inqilabından sonra bir neçə yüz türk müsəlmanın Rusiyadan mühacirəti ilə başlayıb. 1930-cu ildə Yaponiyada müsəlmanların sayı təxminən 1000 fərqli mənşəyə çatıb. Müsəlman əhalini artıran başqa bir miqrant dalğası 1980-ci illərdə İran, Pakistan və Banqladeşdən gələn işçi miqrantlarla birlikdə zirvəyə çatıb. Oxşar xəbərlər
|