Nigeriya xalqı cümə namazından sonra “Şeyx Zəkzəkiyə azadlıq” şüarı ilə küçələrə çıxdı
Nigeriya xalqı Nigeriya İslam Hərəkatının (İMN) lideri Şeyx İbrahim Zəkzəkinin qeyd-şərtsiz azadlığa buraxılması tələbi ilə gündəlik nümayişlərini davam etdirir.
Deyerler.org İslamicmovement-ə istinadən xəbər verir ki, yanvarın 15-i paytaxt Abucanın Vuse rayonundakı Ən-Nur məscidində qılınan cümə namazından sonra, keçirilən etiraz yürüşünə çıxanlar, həbsdə olan İMN lideri Şeyx İbrahim Zəkzəki və xanımı Malama Zinətin azadlığa buraxılması üçün şüarlar səsləndiriblər. Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən icra edilməsini tələb ediblər. Şeyx Zəkzəki 2015-ci ilin dekabrında ordu və polis qüvvələrinin Nigeriyanın şimalındakı Kaduna əyalətindəki iqamətgahına hücumundan sonra həbs olunub. Bir çox şəhid və yaralı ilə nəticələnən hücumda, Nigeriyanın təhlükəsizlik və hərbi qüvvələri Şeyx Zəkzəkinin həyat yoldaşı Zinat İbrahimi də həbs edib. Oxşar xəbərlər
|