Hindistanda daha bir islamofob addım - “eşq cihadı” qanunu
Mьəllif: admin1
Tarix: 16-01-2021, 10:53
Bцlmə: Xəbərlər
Hindistanda daha bir islamofob addım - “eşq cihadı” qanunu
Hindistanda bu qanun artıq “eşq cihadı” qanunu kimi tanınıb.

İslamazeri.com az.shafaqna.com-a istinadla xəbər verir ki, sözügedən qanun Uttar-Pradeş, Uttarakhand və Madhya-Pradeş ştatlarında qəbul edilib.

Qanuna əsasən, hindu qadınları ilə ailə quran və onları daha sonra İslamı qəbul etməyə sövq edən müsəlmanları həbs cəzası gözləyir. Hindistanın bir sıra digər ştatları da bu qanunun qəbuluna hazırlaşır.

Bildirək ki, Hindistanda millətçi hindu Bharatiya Cənnət partiyası hakimiyyətə gəldikdən sonra ölkədə müsəlmanların hüquqlarını pozan çox sayda qanunlar qəbul edilib, müxtəlif məhdudiyyətlər tətbiq olunub.

Qeyd edək ki, 1,3 milyard əhalisi olan Hindistanda 195 milyon müsəlman yaşayır. Bu rəqəmlərin nisbəti çox böyük olmasına rəğmən, yalnız Atter-Pradeş ştatında nəzər saldığımız qanunun tətbiqi ilə 86 müsəlmana qarşı cinayət işi açılıb, onlardan 54-ü artıq həbs edilib.

Bu 86 nəfərdən 79-u müsəlman kişilərdir. Onlar “hind qadınları yoldan çıxarmaqda və onları İslamı qəbul etməyə məcbur edilmədə” günahlandırılıblar.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031