Türkiyə-İsrail normallaşmasının şərti: İstanbuldakı HƏMAS ofisi bağlansın - Təfərrüat
İsrail rejimi ilə Türkiyənin diplomatik münasibətlərinin normala qayıtmasının ilk şərti HƏMAS-ın İstanbuldakı ofisinin bağlanması olub.
Bu barədə İsrailin "Yedioth Ahronoth" qəzeti məlumat yayıb. Məlumata görə, Təl-Əviv Türkiyə ilə əlaqələrin normala qayıtması üçün bir çox şərtlər qoyub. Lakin ən açıq şəkildə Ankaranın İstanbuldakı HƏMAS ofisini bağlamaq və HƏMAS-ın "Əl-Qəssam" briqadaları ilə əlaqəli məhbusların sərbəst buraxılmasını dayandırma qərarıdır. İsrail qəzeti iki tərəf arasındakı diplomatik əlaqələrin normala qayıtması ilə İsrail səfirinin Ankaraya dönməsinin HƏMAS-ın İstanbulda fəaliyyətinin dayandırılması ilə şərtləndiyini vurğulayıb. İsrail Xarici İşlər Nazirliyi bu yaxınlarda Bolqarıstandakı səfiri İrit Lillianı Türkiyədəki səfiri təyin edib. Qəzet qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail səfirinin Ankaraya dönməsindən çox məmnundur, lakin İsrail üçün vacib olan HƏMAS-ın Türkiyədəki fəaliyyətini dayandırmaqdır. Qəzetin yazdığına görə, HƏMAS-ın İstanbulda böyük bir ofisi var və 2011-ci ildə Şalit müqaviləsi ilə sərbəst buraxılan fələstinli məhbuslar bu ofisdə işləyir. Bu ofis HƏMAS-ın Qərbi Şəriyədəki nüfuzunu gücləndirmək və əməliyyatlar aparmaq üçün çalışır. Ərdoğan ölkəsinin İsrail ilə daha yaxşı əlaqələr qurmaq istədiyini, ancaq Fələstinə qarşı siyasətinin bunun qarşısını aldığını söyləyib. İki tərəf arasında danışıqların kəşfiyyat səviyyəsində yenidən başladığı bildirilir. (eastnews.org) Oxşar xəbərlər
|