Kərbəlada təhlükəsizlik qüvvələri hazır vəziyyətə gətirildi
Kərbəlada İraq təhlükəsizlik qüvvələri Bağdaddakı terror aktından sonra hazır vəziyyətə gətirilib.
Kərbəladakı İraq təhlükəsizlik rəsmisi bildirib ki, təhlükəsizlik qüvvələri Kərbəla vilayətində əsas giriş və bazalarında geniş şəkildə yerləşdirilib. İraq təhlükəsizlik qüvvələri Bağdaddakı partlayışlardan sonra baş verə biləcək hər hansı hadisəyə görə Kərbəlanının ciddi qorunmasına çalışır. Xatırladaq ki, dünən Bağdadın ət-Tayran meydanında baş verən iki terrorda 100-dən çox insan ölüb və yaralanıb. (eastnews.org) Oxşar xəbərlər
|