ABŞ-ın İrana qarşı sanksiyaları ləğv etmək üçün şərti açıqlandı
Mьəllif: admin1
Tarix: 22-01-2021, 11:03
Bцlmə: Xəbərlər
ABŞ-ın İrana qarşı sanksiyaları ləğv etmək üçün şərti açıqlandı
ABŞ Maliyyə naziri vəzifəsinə namizəd Vaşinqtonun İrana qarşı sanksiyaların ləğvi ilə bağlı açıqlama verib.

Co Baydenin ABŞ Maliyyə naziri vəzifəsinə irəli sürdüyü Janet Yellen bildirib ki, İran İslam Respublikası sanksiyaların ləğv edilməsindən yalnız nüvə sazişinin şərtlərinə riayət etdiyi təqdirdə faydalanacaq:

"Nüvə sazişi məsələsində Bayden-Harris rəhbərliyi İranın sazişə sadiq qalmağa davam etmək üçün müvafiq addımlar atmasını təmin etməyə borcludur.

İran sanksiyaların ləğv edilməsindən yalnız nüvə məhdudiyyətlərinə riayət edəcəyi təqdirdə faydalanacaq".
(eastnews.org)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031