ABŞ-da fərqli şəhərlərdə qarşıdurmalar baş verdi
Co Bayden and içərək, 46-cı prezident vəzifəsinə başladıqdan sonra ABŞ-da küçələrdə qarışıdurmalar yaşanıb.
Portlend, Kolumbus, Denver və Sakramentoda "Antifa" və hökumət əleyhinə qruplar polislə toqquşub. Solçu təşkilat olan "Antifa" və təxminən 150 nəfərlik hökumət əleyhdarı izdiham Portlenddəki Demokratçı Partiyanın binasına hücum edib. Qrupun əlində "Biz Baydeni istəmirik, intiqam istəyirik - polis qətlləri, imperialist müharibələr və faşist qırğınlarına görə" yazılı plakatlar olub. Qrupla polis arasında yaşanan qarşıdurmada polis gözyaşardıcı qazdan istifadə edib. Saxlanılanlar olduğu bildirilib. (eastnews.org) Oxşar xəbərlər
|