Bəhyrendə 5 gənc fəal edam olunacaq
Bəhreyn Ali Məhkəməsi daha 5 fəalın edam edilməsi qərarını təsdiqləyib.
Bu barədə "Bəhreyn İnsan Haqları Mərkəzi" məlumat yayıb. Məlumatda vurğulanır ki, sözügedən 5 gənc fəal dövlət hakimiyyətini devirməkdə ittiham olunublar. Edam qərarının yaxın günlərdə icra olunacağı və beynəlxalq qurumaların fakta səssiz qaldığı diqqətə çatdırılıb. (eastnews.org) Oxşar xəbərlər
|