İran Bağdaddakı terror hücumuna münasibət bildirdi
İranın Bağdaddakı səfirliyi yazılı açıqlamasında bu gün Bağdadda baş verən və bir çox İraq vətəndaşının yaralanmasına və həlak olmasına səbəb olan kamikadze hücumunu qınayıb.
Bundan əlavə, açıqlamada İranın hər zaman olduğu kimi İraq xalqına və hökumətinə dəstək verməyə hazır olduğu vurğulanıb. İraq hökuməti nəzdində olan Bağdad Əməliyyat Komandanlığı tərəfindən verilən yazılı açıqlamaya görə, paytaxt Bağdadın Tayaran meydanında bir terrorçu kamikadze hücumu nəticəsində partlayış olub. Hücumda indiyə qədər 29 nəfərin həlak olduğu, 74 nəfərin isə yaralandığı bildirilib. (eastnews.org) Oxşar xəbərlər
|