Ayətullah Sistani təhlükəsizlik qüvvələrinə çağırış etdi
Mьəllif: admin1
Tarix: 22-01-2021, 11:21
Bцlmə: Xəbərlər
Ayətullah Sistani təhlükəsizlik qüvvələrinə çağırış etdi
İraqın və İslam dünyasının nüfuzlu din xadimi Ayətullah Seyid Əli Sistaninin ofisi dünən Bağdad şəhərində baş verən terror hücumları ilə bağlı açıqlama yayıb.

Açıqlamada vurğulanır ki, Ayətullah Seyid Əli Sistani terror hücumlarını sərt şəkildə qınayır.

"Vəhşi terrorçular yenidən əziz Bağdad şəhərində hər vicdanlı vətəndaşı qorxudan səhnədə eyni anda mülki şəxslərin olduğu meydanı hədəfə aldılar. Nəticədə onlarla insan həlak oldu və yaralandı.

Təhlükəsizlik qüvvələri pusquda duran terrorçuların planlarının qarşısını almalı və İraq xalqının təhlükəsizliyi təmin etmək üçün daha çox çalışmalıdır", - deyə açıqlamada diqqətə çatdırılıb.

Qeyd olunub ki, baş verən hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verilir, yaralılara isə Allahdan şəfa istənilir.
(eastnews.org)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031