ABŞ müdafiə naziri İraqda xidmət keçərkən "şiələrlə hər cür razılaşmaya" qarşı olan qaradərili seçilib
İslamazeri.com xəbər verir ki, təqaüddə olan General Lloyd Austin ABŞ-da Müdafiə Naziri vəzifəsini tutan ilk Afrikalı Amerikalı olub.
Austin Senatda 93-2 səs fərqi ilə təsdiq olunub. “Ölkəmizin 28-ci Müdafiə Katibi kimi xidmət etmək şərəf və imtiyazdır. Və bu vəzifəni tutan ilk Afrikalı Amerikalı olduğum üçün xüsusi qürur duyuram. Gəlin işə başlayaq”, - deyə Austin cümə günü Twitter-də yazıb. Qeyd edək ki, Austin 2006-cı ildə general leytenant rütbəsi alıb, iki il sonra İraqa komandanlığa göndərilib, iki il sonra İraqda ABŞ Ordusunun komandanı olub. Vitse prezident olarkən Bayden İraqda onun komandanlıq postuna təyinatının təntənəli mərasimində iştirak etməsi diqqət çəkir. O vaxt Baydenlə görüş keçirib. 2012-ci ildə ABŞ Ordusunun Qərargah rəisi vəzifəsinə qədər yüksəlib. 2013-də 11 Vahid Döyüş Komandanlığından biri olan USCENTCOM-a komandan təyinatı alıb. Lakin bu təyinatına baxmayaraq onun adı 2014-cü ildə Suriya və İraqda İŞİD-ə qarşı əməliyyatların hazırlanmasında hallanır. Onun Suriya deyil, İraqa əhəmiyyət verməsi sonradan tənqidlərə məruz qalıb. 2016-cı ildə ordudan gedən Austin Raytheon Technologies-un rəhbərliyinə gətirilib. Raytheon Technologies şirkəti 1922-ci ildə qurulub. Dünya üzrə 63 minə yaxın işçisi var, illik gəliri təqribən 23 milyard dollardır.Gəlirinə görə, ABŞ-ın 4-cü böyük müdafiə sənayesi şirkətidir. Onu da qeyd edək ki, Austin 2015-ci ildə müsahibəsində İraqdakı şiə təşkilatlarla heç bir danışıq aparmayacağını, hətta İŞİD terrorçularına qarşı mübarizədə belə bu işi etmyəcəyini bildirmişdi. O üstüörtülü şəkildə bu təşkilat və silahlı qrupları İranla əlaqə olduğuna görə, "qəbuledilməz" adlandırmışdı. Oxşar xəbərlər
|