İran XİN rəhbəri Azərbaycana səfərində Qarabağdan danışdı
Mьəllif: admin1
Tarix: 25-01-2021, 11:02
Bцlmə: Xəbərlər
İran XİN rəhbəri Azərbaycana səfərində Qarabağdan danışdı
Azərbaycanın paytaxtı Bakıya gələn İran Xarici İşlər naziri Cavad Zərif rəsmi səfəri çərçivəsində mühüm açıqlamalar verib.

Azərbaycana səfəri səbəbilə şad olduğunu ifadə edən Zərif qarşıdakı günlərdə Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə də səfər edəcəyini açıqlayıb.

Bu ölkələrdə baş tutması gözlənilən danışıqlarda bölgədəki əməkdaşlıq məsələsinin müzakirə ediləcəyini qeyd edən Zərif "Bölgə ölkələri ilə əməkdaşlıq etməyimiz və bu ölkələrlə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi bizim üçün çox mühümdür", - deyib.

Cavad Zərif Azərbaycan rəhbərliyi ilə görüşdə Qarabağın yenidənqurmasından və bu bölgədəki son vəziyyətdən danışacaqlarını bildirərək, "Qardaş Azərbaycan xalqının torpaqlarına qovuşmasından və Azərbaycana aid olan torpaqlarda yenidən Azərbaycan xalqının olmasından xoşbəxtik", - deyə vurğulayıb.

Zərif "Azad edilən ərazilərin sakinlərinin ən qısa müddətdə torpaqlarına qayıtmalarını istəyirik. Onları öz qohumlarımız kimi görürük. İnşallah, bu barədə danışıqlar aparacağıq", - deyib.
(eastnews.org)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031