Makron və Bayden Rusiya, Çin və İran mövzusunda razılaşdı
Ağ Ev verdiyi açıqlamada ABŞ Prezidenti Co Baydenin Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı apardığını bildirib.
Açıqlamada Bayden və Makronun iki ölkənin koronavirusa qarşı mübarizə, iqlim dəyişikliyi böhranı və qlobal iqtisadiyyatın bərpası da daxil olmaqla xarici siyasət məsələlərində siyasətlərini əlaqələndirəcəkləri barədə razılığa gəldikləri qeyd olunub. Məlumata görə, ABŞ və Fransa prezidentləri NATO vasitəsilə transatlantik münasibətləri və ikitərəfli münasibətləri, habelə ABŞ-ın Avropa İttifaqı ilə tərəfdaşlığını gücləndirməyə çağırış ediblər. Ağ Evin açıqlamasına görə, Fransa və ABŞ liderləri Rusiya, Çin, Qərbi Asiya və sahil bölgəsi də daxil olmaqla, hər iki tərəfin xarici siyasət prioritetləri üzərində sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər. (eastnews.org) Oxşar xəbərlər
|