Ayətullah Əli Xameneinin hansı ölkələrin peyvəndinə güvəndiyi açıqlandı
İranın "Birləşmiş millət" İntellektual və Strateji Araşdırmalar Mərkəzinin prezidenti Fadi əs-Seyyid İranın Ali lideri Ayətullah Əli Xameneinin koronavirus əleyhinə Rusiya və Çin peyvəndlərinə ABŞ peyvəndlərindən daha çox etibar etdiyini söyləyib.
Hazırda İranda koronavirusa qarşı peyvənd yoxdur. Bununla yanaşı, ölkə öz dərmanlarını hazırlamaqda irəliləməyə davam edir. İlk peyvənd "Kovo-İran" artıq könüllülərə vurulub və daha bir neçə peyvənd klinik sınaqların başlanmasına hazırdır. Bundan əlavə, İran "COVAX"ın təşəbbüsü ilə 16,8 milyon doza peyvənd alıb, lakin hələ əldə etməyib. (eastnews.org) Oxşar xəbərlər
|