ABŞ bəzi ölkələrə silah satışını dayandırdı
ABŞ Prezidenti Co Bayden rəhbərliyi bir çox ölkəyə silah satışını nəzərdən keçirmək üçün müvəqqəti olaraq dayandırıb.
Təxirə salınmış müqavilələrin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanına satışları da əhatə etdiyi iddia edilib. ABŞ Dövlət Departamentinin rəsmisi məsələ ilə bağlı verdiyi açıqlamada Bayden rəhbərliyinin ABŞ-ın bəzi ölkələrə xarici silah satışını gündəlik araşdırma üçün dayandırdığını təsdiqləyib. Hansı silah satışlarının dayandırıldığı barədə dəqiq məlumat paylaşılmasa da, dayandırılmış müqavilələrə BƏƏ-yə "F-35" təyyarələrinin satışı və Səudiyyə Ərəbistanına döyüş sursatı satışı müqavilələrinin daxil olduğu iddia edilib. (eastnews.org) Oxşar xəbərlər
|