Arakanlı müsəlmanlar "Ölüm adası"na yola salınır
Banqladeş Benqal körfəzindəki adaya əlavə 2-3 min arakanlı müsəlmanı göndərəcəyini açıqlayıb.
"Reuters"ə danışan kontr-admiral Abdulah əl-Məmun Çoudhuri insan haqları qruplarının adanın fırtına və sel riski səbəbilə həyat üçün yararsız olduğunu söyləməsinə baxmayaraq, miqrantların bu gün Çittaqonq limanına, sabah da "Ölüm adası" olaraq tanınan Basan Çar adasına aparılacağını söyləyib. Basan Çar adası 20 il əvvəl dəniz sularının çəkilməsi ilə ortaya çıxıb və ən yaxın liman olan Çittaqonqdan dəniz yolu ilə bir neçə saat məsafədə yerləşir. Banqladeş əvvəllər bu adaya təxminən 3500 Arakan müsəlmanını gətirmişdi. Mühacirlərin hökumətin icazəsi olmadan adadan çıxmasına icazə verilmir. (eastnews.org) Oxşar xəbərlər
|