Fransada İslam əleyhinə hücumlar artıb
2020-ci ildə Fransada İslam əleyhinə hücumların 2019-cu ilə nisbətdə xeyli artdığı bildirilib.
Fransa İslam Şurasına (CFCM) bağlı Fransa İslamofobiya Müşahidə Mərkəzinin rəhbəri Abdullah Zəkri yazılı açıqlamasında ölkədəki hücumların daha çox paytaxt Paris də daxil olmaqla, Ron-Alp, Provans-Alp-Kot-d'Azür (PACA) və İl-de-Frans bölgələrində olduğunu bildirib. Keçən il müsəlmanlara qarşı 235 hücum olduğunu qeyd edən Zəkri 2019-cu ilə görə 53% artdığını vurğulayıb. Zəkri 2020-ci ildə məscidlərə edilən hücumların 35% artdığını bildirib. (eastnews.org) Oxşar xəbərlər
|