Myanma lideri naməlum şəxslər tərəfindən saxlanılıb
Myanmarın dövlət müşaviri Aun San Su Çji, faktiki olaraq hökumət başçısı, həmçinin ölkə prezidenti Vin Myin naməlum şəxslər tərəfindən saxlanılıb.
Bu barədə hakim partiyanın nümayəndəsi Mio Nyunt “Reuters” agentliyinə bildirib. Agentliyin verdiyi xəbərə görə, yüksək çinli bir neçə partiya nümayəndəsi də saxlanılanlar arasındadır. İnsidentin səhər saatlarında baş verdiyi deyilir. “Xalqımıza demək istəyirəm ki, tələsik reaksiya verməsinlər və qanuna uyğun şəkildə hərəkət etsinlər”, - deyə Nyunt əlavə edib. “Sinhua” agentliyinə müsahibəsində o, saxlanılanlar arasında Şan ştatının planlaşdırma və maliyyə nazirinin, Kaya ştatında partiya bölməsi sədrinin və İravadi region parlamentində hakim partiyanın digər üzvlərinin olduğunu qeyd edib. “France Press” agentliyinin xəbərinə görə, söhbət dövlət çevrilişindən gedir. “Eşitdiyimizə görə, o, Myanmanın paytaxtı Neypidoda saxlanılır, ehtimal edirik ki, ordu hazırda dövlət çevrilişinin təşkilini həyata keçirir”, - deyə Nyunt bildirib. Nyunt özünün də həbs olunacağı qənaətindədir. O, “France Press” agentliyinə Aun San Su Çjinin Myanma hərbçiləri tərəfindən saxlanıldığını deyib. Myanmanın ən böyük şəhəri olan Yanqon meriyası ətrafında hərbçilərin yerləşdirildiyi də bildirilir. (eastnews.org) Oxşar xəbərlər
|