Alman xanım Həzrəti Zəhranın (s.ə) mövlud gecəsi Məşhəddə İslamı qəbul etdi
Peyğəmbərimizin (s) ciyərparəsi və iki dünyanın xanımlar xanımı Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövlud gecəsi gənc almaniyalı xanım İmam Rzanın (ə) müqəddəs ziyarətgahında İslam dinini qəbul edib.
Deyerler.org Astan News-a istinadən xəbər verir ki, gənc almaniyalı xanım Həzrəti Fatimeyi Zəhranın (s.ə) anadan olduğu gecə İmam Rzanın (ə) müqəddəs ziyarətgahına ilk ziyarətində kəlimeyi-şəhadət gətirərək, İslam dinini qəbul edib və özünə mübarək Fatimə adını seçib. Arzusunun İmam Rzanın (ə) müqəddəs ziyarətgahında İslam dinini qəbul etmək olduğunu bildirən xanım, şüurlu seçimlə müqəddəs ziyarətgahın dini mütəxəssisləri ilə söhbət etdikdən sonra, bu gün (3 fevral) bir mərasimdə İslam dinini qəbul edib. Mərasimin sonunda Qüds Rəzəvi ostanının xarici ziyarətçilər idarəsi yeni müsəlman olmuş alman xanıma Qurani-Kərim, alman dilində tərcümələri, dini kitablar və digər hədiyyələr də daxil olmaqla mədəniyyət hədiyyələri bağışlayıb. Oxşar xəbərlər
|