Kimlər daha çox gecə ürək tutmasından ölmə riski ilə üzləşə bilər?
ABŞ-ın Sedars-Sinay Tibb Mərkəzinin kardioloqları, kişilərə nisbətən qadınların gecə saatlarında ürək tutmasından həyatlarını itirmək riskinin daha çox olduğunu bildirib.
Ürək ritminin pozğunluğu ürəyin dayanmasına səbəb olur. Çox hallarda bunu, koronar arteriyaların tıxanması səbəbindən infaktla səhv salırlar. Ürək dayanması 17%-dən 41%-ə qədər hallarda gecə və ya səhərin erkən saatlarında baş verir. "Deyerler.org"un gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, tədqiqatçılar 4126 ani ürək tutması halının qeydlərini təhlil edib. Məlum olub ki, gecələr qadınlarda, bu hadisələrin 25.4%, kişilərdə isə 20.6% halda baş verir. Ağciyər xəstəliyi olan insanlar da çox ürək tutulması illə qarşılaşa bilər və bu amil cinsiyyətindən asılı olmayaraq riski artırır. Qadınlar arasında gecə vaxtı ani ürək tutulmalarının nə səbəbə baş verməsi hələ tam aydın deyil. Qeyd edək ki, antidepresanlar, ağrı kəsicilər və sakitləşdirici maddələr kimi beyindəki tənəffüs mərkəzinə təsir edə biləcək dərmanlar qəbul edən insanlarda, risklər daha yüksəkdir. Tədqiqatçılar, bu baxımından dərmanların qəbul vaxtı mövzusunda daha diqqətli olmağa çağırıb. Oxşar xəbərlər
|