Üç ölkənin səfirləri buna görə Rusiyadan qovuldu
Mьəllif: admin1
Tarix: 7-02-2021, 10:24
Bцlmə: Xəbərlər
Üç ölkənin səfirləri buna görə Rusiyadan qovuldu
İsveç, Polşa və Almaniya diplomatlarının Rusiyadan qovulması barədə qərar ölkənin qanunlarının açıq şəkildə pozulması ilə əlaqədardır.

Bu açıqlama ilə Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski çıxış edib.

"Moskvada qanunsuz aksiyalarda iştirak edən xarici diplomatların qovulması beynəlxalq hüququn və Rusiya qanunvericiliyinin açıq və nümayişkaranə şəkildə pozulmasına cavab olaraq zəruri bir tədbirdir", - Slutski vurğulayıb.

Qeyd edək ki, ötən gün 3 ölkənin diplomatı Rusiya XİN-ə çağrılaraq, arzuolunmaz şəxslər elan ediliblər. Onların qısa müddətdə Rusiyadan çıxarılacağı gözlənilir.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031