İranın Hərtərəfli Birgə Fəaliyyət Planına dair öhdəliyinə qayıtmaq üçün şərti
Əgər bütün sanksiyalar əmələn götürülərsə, İran Hərtərəfli Birgə Fəaliyyət Planına dair öhdəliyinə qayıdacaq.
Maide.Az "Leader.ir" saytına istinadla xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Hərbi Hava Qüvvələrinin bir qrup hərbi işçi və komandirlərinin 1357-ci ilin bəhmən ayının 19-da imam Xomeyni (r.ə) ilə tarixi beyətlərinin ildönümü münasibətilə təşkil olunan bugünkü görüşdə deyib. "Sanksiyalar məsələsində, birincisi, İslam Respublikasında kimsə istər Avropada, istərsə də ABŞ-da puç və əsassız danışan insanlara borclu deyil. İkincisi, əgər məntiq və dəlil-sübutla danışmaq istəsək, məntiqə əsasən, Hərtərəfli Birgə Fəaliyyət Planının bütün öhdəliklərini ayaq altına qoyan ABŞ və 3 Avropa ölkələrinin şərt irəli sürməyə haqqı yoxdur. Onlar HBFP-nin öhdəliyinə əsla əməl etməyiblər". Şərt təyin etməyə İranın haqqının olduğunu bildirən Ali Rəhbər belə qeyd edib: "Çünki İslam Respublikası bütün öhdəliklərini yerinə yetirib. Bizim haqqımız var ki, Hərtərəfli Birgə Fəlaiyyət Planının icrasının davamı üçün şərt qoyaq və bu şərti də qoymuşuq. Heç kim də ondan dönməyəcək. Əgər İranın HBFP-nın icrasına dair öhdəliklərini yerinə yetirməyini istəyirlərsə, ABŞ bütün sanksiyaları əmələn ləğv etməlidir və biz bunu sonradan dəyərləndirməli, sanksiyaların ləğv olunduğunu görsək, o zaman biz də HBFP-ə dair öhdəliklərimizə geri qayıdacağıq". Ayətullah Xamenei bildirib ki, bu, İslam Respublikasının qətiyyətli siyasətidir və bu məsələdə ölkənin bütün rəsmiləri birdir və bu siyasətdən heç vaxt dönməyəcəyik. Ali Rəhbər ABŞ-ın gücü ilə bağlı həqiqətə uyğun olmayan dəyərləndirmələrin olduğunu vurğulayıb: "Amerikada son utancverici hadisələr kiçik məsələlər deyil və bir prezidentin qüdrətdən getməsi kimi dəyərləndirilməməlidir. Əkisənə, bu hadisələr ABŞ-ın ictimai sistemi, gücü və abrının getməsi kimi dəyərləndirilməlidir. Amerikanın tanınmış siyasi simaları da bildirir ki, Amerikada ictimai sistem içəridən çürüyüb və bəziləri hətta Amerikadan sonrakı dövrdən söz açıblar. " Ali Rəhbər bildirib ki, əgər Amerikada baş verən hadisələrin oxşarı dünyanın digər yerində, xüsusilə, ABŞ-la problemi olan ölkələrdə baş versəydi, onları rahat buraxmazdılar. Lakin xəbər imperatorluğu onların əlindədir və hadisələri bitmiş göstərməyə çalışırlar, bir halda ki, hadisələr başa çatmayıb və davam edir. Oxşar xəbərlər
|