İsrail ABŞ-la yeni hərbi müqavilə bağladı
İsrail təhlükəsizlik kabineti 9 milyard ABŞ dolları dəyərində döyüş təyyarəsi və inkişaf etmiş hərbi texnika tədarükü yolu ilə hava qüvvələrini gücləndirmə planını təsdiqləyib.
İsrail İctimai Yayım Korporasiyası (KAN) planın 3 il gecikmə ilə təsdiqləndiyini bildirib. Müdafiə naziri Beni Qants da ABŞ-dan döyüş təyyarələri, helikopterlər və yanacaq doldurma təyyarələri alınması planlaşdırılan və 7 saat davam etdiyi bildirilən görüşdə iştirak edib. (eastnews.org) Oxşar xəbərlər
|