Əfqanıstanın paytaxtında ardıcıl partlayışlar törədilib
Əfqanıstanın paytaxtı Kabil şəhərində törədilən partlayışlar nəticəsində azı 2 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb.
Bu barədə Kabil polis idarəsinin mətbuat katibi Firdovs Fərəməz məlumat verib. Məlumata əsasən, partlayışlar Kabil şəhərinin Qalai Əbdül Əli, Kuvai və Bəraki rayonlarında törədilib. Terror aktının məsuliyyətini hələ heç bir təşkilat üzərinə götürməyib. Xatırladaq ki, son 2 ayda Kabil şəhərində demək olar ki, hər gün partlayış törədilir. (eastnews.org) Oxşar xəbərlər
|